Dön, Tanrının qızı... - Gənc şair intihar edən qıza şeir yazdı

Dön, Tanrının qızı... - Gənc şair intihar edən qıza şeir yazdı
22 fevral 2021
# 14:38

Kulis.az Məsim Rəfilinin intihar edən Sevil Atakişiyevaya yazdığı "Tanrının qızı" şeirini təqdim edir.

Dön, Tanrının qızı, qayıt dünyaya
Səmadan pərvazlan, gücünü göstər.
Hər yağış yağanda baxım göylərə
Sən də buludlardan üzünü göstər.

Yağışla en yerə, qarla en yerə
Geri dön qəlbimdə izini göstər.
Yenə də yorulub taqətdən düşüm
Başımı qoymaqçün dizini göstər..

Dön,Tanrının qızı, qayıt dünyaya
Qəlbində odlanan közünü göstər.
Elə bir möcüzə yarat güzgüdə
Sən mənim yerimə özünü göstər.

Dön, Tanrının qızı, möcüzə yarat
Bu qələm vərəqdə inam yaratsın
Bir misra şeirlə bütün həsrəti
Yox edib vərəqdən silib aparsın.

Dön bu xarabalıq dünyaya yenə
Səhvi düzdən ayır, düzünü göstər.
Dön, Tanrının qızı, qayıt dünyaya
Yenə də gözümə özünü göstər...

# 2313 dəfə oxunub

Müəllifin son yazıları

# # #