İkinci Qarabağ müharibəsindən bəhs edən Sərdar Aminin “Qaratoyuq nəğməsi” romanı 8 il öncə yazılsa da, romanda verilmiş bir çox proqnozlar bir neçə ay öncə təsdiqini tapıb.
Belə ki, romanda qələmə alınmış bəzi səhnələr, proqnozlar Vətən müharibəsi zamanı baş verən proseslərlə uyğunluq təşkil edir.
Maraqlı uyğunluqlardan biri də ondan ibarətdir ki, romanda əsir düşən qəhrəmanın adı da ikinci Qarabağ müharibəsində əsirlik həyatı yaşayan Amin Musayevin adı ilə üst-üstə düşür.
- Ağır xəstəliklə mübarizə aparan aktyordan yeni proyekt
- Əməkdar artist ustad dərsləri verəcək
- Sevgililər ən çox bu 7 səbəbə görə savaşırlar - SİYAHI
Qeyd edək ki, “Qaratoyuq nəğməsi” romanı 2012-ci ildə qələmə alınıb, bir il sonra nəşr edilib.
Roman hazırda ingilis dilinə tərcümə edilir.