Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi

Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
31 iyul 2021
# 10:26

Xalq artisti Tünzalə Ağayeva güclü yanğından əziyyət çəkən Türkiyəyə yardım edib.

Kulis.az xəbər verir ki, müğənni məhv olan meşələrin yenidən canlandırılması üçün 100 fidan bağışladığını açıqlayıb.

"Qardaş Türkiyəmizdə yanğın hadisəsi hər birimizi üzür. Orada meşələr, burada canımız yanır. Yanğını söndürməyə çalışanlara Allah güc versin. Uzaqdan bu yanğına mane olmaq mümkün deyil. Amma yaxşı bir #challenge qoşuluram. Meşələrin yenidən canlanması üçün 100 fidan da mən hədiyyə edirəm. Bu estafeti Zamiq Hüseynov, Abbas Bağırov və Murad Arifə ötürürəm" deyə, Ağayeva bildirib.

# 2981 dəfə oxunub

Müəllifin son yazıları

# # #