Tanınmış reper reanimasiyaya düşdü

Tanınmış reper reanimasiyaya düşdü
6 yanvar 2021
# 17:43

Amerikalı reper və prodüser Dr. Dre (əsl adı – Andre Romell Young) beyin anevrizması səbəbindən reanimasiyaya götürülüb.

Kulis.az-ın məlumatına görə, bu barədə TMZ portalı mənbələrinə istinadən xəbər verir.

Qeyd olunur ki, 55 yaşlı musiqiçi dərhal Los-Ancelesdəki "Cedars-Sinai" xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti sabit qiymətləndirilir.

Reper "Instagram" səhifəsində özünü yaxşı hiss etdiyini və tezliklə evə qayıdacağına ümidvar olduğunu bildirib.

Xatırladaq ki, Dr. Dre Amerika repinin ən əhəmiyyətli şəxslərindən biridir.

# 1644 dəfə oxunub

Müəllifin son yazıları

# # #