Sabir Rüstəmxanlının şeirləri ərəb saytında 

Sabir Rüstəmxanlının şeirləri ərəb saytında 
23 aprel 2021
# 14:15

Xalq şairi Sabir Rüstəmxanlının şeirləri Türkiyənin və Omanın populyar portallarında yer alıb.

Kulis.azın verdiyi xəbər görə, Türkiyənin erikagacioyku.com saytında şairin “Bu torpaq bizi götürməyəcək”, “Əbədi sevda”, “Yenə kənd yolunda” şeirləri, Omanın “Bəvvabətu əl-şüəra” saytında isə ərəb dilinə tərcümə edilmiş “Millətəm”, “Ürək yerinə” şeirləri və müəllifin yaradıcılığı haqqında məlumat yayımlanıb.

Xatırladaq ki, şeirlər Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində həyata keçirilib.

# 1804 dəfə oxunub

Müəllifin son yazıları

# # #