Qarabağ Simfonik Orkestrı yaradılsın - Təklif

Qarabağ Simfonik Orkestrı yaradılsın - Təklif
31 mart 2021
# 18:05

Dirijor, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Ramiz Məlikaslanov Qarabağ Simfonik Orkestrinin yaradılması təşəbbüsünü irəli sürüb.

Kulis.az xəbər verir ki, R.Məlikaslanov çoxdan belə bir arzusunun olduğunu və artıq bu arzunu reallaşdırmağın – Qarabağ Simfonik Orkestri yaratmağın vaxtının gəlib çatdığını bildirib:

“Orkestri sıfırdan yaratmaq çox çətindir, ancaq mənim belə bir fikrim var. Vaxtilə, 1970-ci illərdə Azərbaycan hökumətinin qərarı ilə Radio və Televiziyanın Simfonik Orkestri yaradıldı və onun ilk rəhbəri və yaradıcısı mən oldum. 1970-ci ildə biz birinci dəfə bir yerə yığışdıq, 1971-ci ildə isə ilk konsertimizi verdik. Bu il bu orkestrin 50 yaşı tamam olur. 80-ci illərdə orkestr Böyük Niyazi ilə birlikdə ölkənin bütün əhəmiyyətli musiqi tədbirlərində bərabər çıxış etmişdir. Yaxşı kollektiv formalaşmışdı, hazırda isə orkestr acınacaqlı şəkildədir. Mən gedəndən sonra orada bir neçə dirijor dəyişildi. Bu baxımdan düşünürəm ki, bu orkestrin bazasında Qarabağ Simfonik Orkestri yaratmaq olar. Bu Orkestri yeniləyərək Qarabağımızı təcəssüm etdirən, müxtəlif festivallarda, tədbirlərdə iştirak edəcək, qədim torpağımızı və musiqi irsimizi layiqincə təmsil edən Qarabağ Simfonik Orkestrinə çevirmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov da Mədəniyyət xadimlərini, xüsusilə musiqiçiləri, Ramiz Məlikaslanovun təşəbbüsünə qoşulmağa çağırıb.

# 1819 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #