Qab yuyurdu, milyonçu oldu - Varlılarla bağlı qəribə faktlar

Qab yuyurdu, milyonçu oldu - Varlılarla bağlı qəribə faktlar
13 iyul 2021
# 21:00

Heç kim doğulandan direktor, müdir olmur. O səviyyəyə çatmaq üçün minlərlə pillə qalxır, ağlınızdan da keçməyəcək işlərlə məşğul olurlar. Gəlin onlardan bəziləri ilə tanış olaq.

Maykl Dell – “DELL” şirkətinin qurucusu əmək fəaliyyətinə 12 yaşında qab yumaqla başlayıb. Sonralar kompüter istehsal edən şirkət qurub. O vaxtlar tək məqsədi pul kolleksiyası üçün lazımlı materiallar yığmaq imiş.



Майкл Делл - предприниматель, основатель марки Dell

Terri Landqren – “Macy’s” - böyük mağaza zəncirinin baş direktorunun ilk işi kafedə istridyə təmizləmək olub. Ailəsinin onu oxutmaq imkanı olmadığına görə gənc yaşda işləməyə başlayan Landqrenin karyerası gözlədiyindən də uğurlu olub.



Lloyd Blenkfeyn – “Goldman Sachs”-ın baş direktorunun ilk işi isə “Yanki” stadionunda bilet satmaq olub. Sonra hüquq üzrə təhsil alıb və karyerasını qurub.




Uarren Baffett –maqnat Baffett 2008-ci ildə ilin ən varlı insanları siyahısına düşsə də, uşaqlığı heç də yağ-bal içində keçməyib. O, əmək fəaliyyətinə marketdə çanta daşımaqla, qəzet satmaqla başlayıb.





Maykl Blumberq – “Bloomberg”in yaradıcısı hazırda Amerikanın ən varlı 8-ci insanıdır. Nyu-Yorkda Bələdiyyə başçısı olan Blumberq avtodayanacaqda köməkçi kimi işə başlayıb.






Marissa Meyer – “Yahoo”nun baş direktoru marketdə kassa nəzarətçisi işləyib.





Kevin Plank – “Under Armour” – Amerikanın ən böyük idman geyimləri və əşyaları mağazasının baş direktoru Plank uşaq vaxtı çəmənlikləri biçməklə pul qazanırmış.





Kazuo Hirai – “Sony” şirkətinin baş direktoru isə ölkəyə gələn xarici musiqi qruplarının tərcüməçisi imiş.



# 6971 dəfə oxunub

Müəllifin son yazıları

# # #