Milli azadlıq hərəkatının himninə çevrilən şeir – Mətn

Milli azadlıq hərəkatının himninə çevrilən şeir – Mətn
22 iyun 2020
# 10:40

Bu gün Xalq şairi Xəlil Rzanın anım günüdür. Kulis.az bu münasibətlə onun milli azadlıq hərəkatının himninə çevrilən məşhur şeirini təqdim edir.

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb gibi, dərman gibi
İstəyirəm
SƏMA gibi,
GÜNƏŞ gibi,
CAHAN gibi!

Çəkil, çəkil, ey qəsbkar,
mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!!!

# 3734 dəfə oxunub

Müəllifin son yazıları

# # #