Kibrit qutusunu yandırdım, son kibrit sönər deyə... - Minimalist şeirlər

Kibrit qutusunu yandırdım, son kibrit sönər deyə... - Minimalist şeirlər
18 may 2021
# 17:52

Kulis.az gənc şair Rauf Ranın qısa şeirlərini təqdim edir.

"Chıaroscuro"

İşığın qarşısını kəsmədim,
kölgə yaratdım.

Refleksiya

Kibrit qutusunu yandırdım,
son kibrit sönər deyə.

Kulis

kar və lal doğulan oğlan
qardaşına nifrət edirdi.

Dilemma

hansına inanım:
pəncərə şüşəsinə düşən əksimə,
ya şüşədən görünən yaşıllığa?

Konfrantasiya

pəncərəni bağlayıb
qapını açıb evdən çıxdım.

pəncərəni yoxlamaq,
qapını bağlamaq üçün
geri qayıtdım.

Retrospektsiya

uşaq ikən
mən də köhnə,
ağ-qara şəkillərə baxdıqda,
keçmişdə həyatın rənglərinin
fərqli olduğunu düşünürdüm.

indi oğlum da köhnə,
rəngli şəkillərə baxanda
eyni şeyi düşünür.

Avtoportret

geniş otaq.
bir tərəfi divara
sıxılmış yemək masası.

Ukiyo-e

sakit, səliqəli ev...

pilləkənin ikinci pilləsindəki
sol ayağının yanına
birinci pillədəki sağ ayağını
qoyduqdan sonra
sol ayağını üçüncü pilləyə
qoyan biri.

# 2460 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #