Kulis.az “Bazar oxusu” layihəsindən Vaqif Səmədoğlunun “Qantel” şeirini təqdim edir
Bilirsiz qantel nədir?
Çuqundan tökülmüş,
Uzun bel səkkizə bənzər
əzələ bərkidən.
Mən bir dəfə
dünyanın ən ağır
qantelini qaldırdım:
telefon çağırdı məni,
götürdüm dəstəyi,
səs gəldi:
- Pakistanda Azərbaycanla bağlı sərgi keçirildi
- Şərif Ağayarın hekayəsi Türkiyədə ssenariləşdi
- Bunları etsəniz milyon qazanacaqsınız - Məsləhətlər
- Özünü ələ al,
öldü...
Qüvvəm çatmadı,
düşdü əlimdən
dünyanın ən ağır qanteli...