Bu məşhurlar qaraçı nəslindəndir - Siyahı - Fotolar

Bu məşhurlar qaraçı nəslindəndir - Siyahı - Fotolar
18 yanvar 2020
# 12:44

Kulis.az qaraçı kökənli dünya məşhurlarının siyahısını təqdim edir.

Pablo Pikasso - dahi ispan rəssamı qaraçı kökləri olduğunu gizlətmir, əksinə bununla fəxr edirdi. Daha doğrusu Pikassonun şəxsiyyət kimi unikallığını bir yerə bağlamaq istəyən araşdırmaçılar onun əslini ispanlara böyük təsir göstərmiş mavrlar və qaraçılarla əlaqələndirirdilər Pikasso bununla razılaşırdı. Gənclik dostu Ramil Gomez de la Serna Pikasso haqqında yarızarafat-yarıciddi deyirdi: "Pikasso sənətdəki görkəmli qaraçılar arasında əsl qaraçıdır."

Çarli Çaplin - Çaplin avtobipoqrafiyasında atasının və anasının valideynlərindən birinin qaraçı olduğunu yazıb. O, tərcümeyi-halında Staffordşird parklarından birində qaraçı furqonunda doğulduğunu da qeyd edib. Qeyd edəki ki, Çaplinin doğum haqda şəhadətnaməsi olmayıb. Dahi aktyorun nəvəsi Katrin Çaplin babası haqda çəkəcəyi filmdə əfsanəvi Çaplinin yaradıcılığına qaraçı izi prizmasından yanaşacağını bəyan edib.

Elvis Presli – Rok-n-roll kralının qaraçı kökləri olduğu haqda bir çox mənbələrdə məlumatlar var. Elvisin valideynlərinin qaraçı olduğu, almaniyadan Amerikaya köçdüyü deyilir.

Emir Kusturitsa – Milliyyətcə yarı serb, yarı xorvat rejissorun “Qaraçı vaxtı” filminə və qaraçı məhəlləsində böyüdüyünə görə qaraçı kökənli olduğunu təxmin edirlər. Lakin bunlardan başqa atasının qaraçı əsilli olduğu haqda əfsanə də dolaşır.

Türk sənətçilərininTürkan Şoray, Əbru Gündəş, və Sibel Canın qaraçı əsilli olduğu haqda zamanla türk mətbuatında xəbərlər dolaşır..

Nədənsə türk sənətçiləri bu iddianı qəbul etməkdə və ya rədd etməkdə çox çaba xərcləmiş görünürlər.

Rusiyanın pop müğənnisi Filip Kirkirov qaraçı qanını vaxtilə sirk aktrisası olmuş ana nənəsinə borcludur. Amma türk həmkarlarından fərqli olaraq o, bununla fəxr edir və istedadını, azad ruhunu məhz qaraçı qanına bağlayır.

Fatma xanım Muxtarova - əslən qaraçı olmayan qaraçı qızı. Azərbaycanın xalq artisti, ilk opera müğənnilərimizdən olan Fatma xanım Muxtarova əslən qaraçı deyil. Amma uşaqlıqda yaşadığı həyat tərzi və böyük istedadla oynadığı Karmen aktrisanın özünün belə bir obrazını yaradıb. Hətta onun haqqında "Qaraçı qızı" adında poema da yazılıb.

Əslində isə, Fatma Muxtarova Urmiya şəhərində doğulub. Atasının vəfatından sonra Rusiyaya köçən ailəni dolandırmaq üçün atalığının tələbilə 8 yaşlı Fatma küçələrdə şarmanka çalıb oxumağa başlayır. Qaraçılarla tanış olur və bunlar onun yaradıcılığında böyük iz buraxır.

Nikolay Sliçenko – aktyor, rejissor, müğənni. SSSR Xalq artisti almış yeganə qaraçı. Dünyada yeganə peşəkar qaraçı teatrının - “Romen” teatrının bədii rəhbəri. Belqorodda doğulub. Uşaqlığı ağır keçib, almanlar onun gözü qarşısında atasını güllələyiblər. Aclıq və yoxsulluq çəkən Nikolay istedadı ilə pillə pillə şöhrətə çatır. O qədər böyük şöhrət ki, sağ ikən aktyorun heykəli ucaldılıb.

# 19681 dəfə oxunub

Müəllifin son yazıları

# # #