Azərbaycanlı yazıçının kitabı Fransada nəşr olundu

Azərbaycanlı yazıçının kitabı Fransada nəşr olundu
16 noyabr 2020
# 03:32

Azərbaycanlı yazıçı Reyhan Həsənovanın nağıllar kitabı Fransada nəşr edilib.

Kulis.az xəbər verir ki, “Göydən üç alma düşdü” adlı toplu "Kapaz" nəşriyyatında işıq üzü görüb.

Naşir Nicat Kazımovun sözlərinə görə nağıllar kitabı həm də fransızdilli uşaqların erməni təbliğatına qarşı əks fikir yaratmaq baxımdan əhəmiyyətlidir:

"Bugün görürük ki, Qarabağ məsələsi ilə bağlı Fransada görüləcək hələ çox iş var. Amma əminəm ki, sırf bu kitab uzun müddətli strateji kitab hesab olunacaq. Bu kitabı oxuyan bir fransız uşaq illər sonra erməni propagandalarını gördüyündə avtomatik şüuraltı etirazını bildirəcək. Çünki o uşaq vaxtı fransız dilində Azərbaycanlı yazıçıya aid nağıllar oxuyub və xoş təəssüratları qalıb".

Kitab 7 yaşdan yuxarı uşaq və yeniyetmələr üçün nəzərdə tutulub. Topludakı illüstrasiyalar Ana-Maria Pojogaya məxsusdur.

# 1571 dəfə oxunub

Müəllifin son yazıları

# # #