"Joker" filmi başqa cür bitəcəkmiş - Prodüserdən tükürpədən açıqlama

"Joker" filmi başqa cür bitəcəkmiş - Prodüserdən tükürpədən açıqlama
2 yanvar 2020
# 12:03

"Joker" filminin orijinal sonluğu başqa cür idi".

Kulis.az xəbər verir ki, bu açıqlamanı məşhur prodüser Kevin Smit verib. O, bildirib ki, filmdə gördüyümüz sonluq sonradan düşünülüb. Orijinal sonluq isə uşaq ölümü səhnəsi idi:

"Biz sonda Arturu xəstəxanada görürük. O, gülür, zarafatlaşır və "mən komik nələrinsə olacağını gözləyirdim", deyir. Amma film belə bitməli idi: Fləşbəkdə biz Tomas və Marta Vayneni öldürənin Artur olduğunu görürük. Onları öldürdükdən sonra "Joker" dönüb gedir. Sonra uşağın çığırıb ağladığını eşidir. Qayıdır, çiyinlərini qısıb yazıq görkəm alaraq, uşağı da güllələyir".

Kevin Smit onu da əlavə edib ki, bu məlumatı ona "Joker" filmində önəmli postlardan birini tutan yaxını bildirib.

# 2543 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #