Üzündə əl izim qalıbsa, Gülnar - Günün şeiri

Zərdüşt Şəfi, şair

Zərdüşt Şəfi, şair

19 noyabr 2021
# 11:02

Bu gün gənc yaşda vəfat etmiş şair Zərdüşt Şəfinin doğum günüdür. O öz ölümü ilə təkcə qələm dostlarını deyil, onu şəxsən tanımayan ədəbiyyatsevərləri də üzdü. Ədəbiyyatımız daha bir istedadlı şairindən məhrum oldu. Yaşasaydı 35 yaşı tamam olacaqdı.

Kulis.az Zərdüşt Şəfinin "Şairin ölümü" şeir təqdim edir.

Şairin Ölümü

Eynən qatarların vəziyyətindəyəm.
Onlarçın qandal relslərdən çölə,
azadlığa çıxmağın bircə yolu var – QƏZA

Salam Sarvan

Kim unudub məni yol ayrıcında -

gəlsin qucaqlasın,

gəlsin aparsın...

Bu ömrü yolundan çıxarar qəza-

gəlsin qabaqlasın,

gəlsin saxlasın...

Mən ölümə gedən adamam, adam -

yadlara doğmayam,

doğmaya yadam...

Bir göyərçin gəlib, əlimə qonub

Əlimdə bir yuva salıb göyərçin,

Uçub getməyəcək, mənim olacaq,

Sevinib, əlimdə qalıb göyərçin,

yellədə bilmərəm əlimi daha -

əllərim göyərçin yuvalarıdı -

qatarlar aparsa əzizlərimi...

Üzündə əl izim qalıbsa, Gülnar,

məndə əl qalmayıb,

sil izlərimi...

Bağışla ömrümü,

uzun gecədi -

Bir say ulduzları, bax gör neçədi?

Bildir Günəşimə, səs sal Ayıma,

Bir gecə qısqanıb məni dənizə

ölüm at ömrümə -

zəhər çayıma...

Mən o gün biləcəm -

O gəlib bizə...

Mən o gün dönəcəm düz kəndimizə...

# 4595 dəfə oxunub

Müəllifin son yazıları

# # #