Türk öldürdü, türk ağladı - Günün şeiri

Türk öldürdü, türk ağladı - Günün şeiri
20 may 2025
# 18:12

Kulis.az "Günün şeiri" layihəsi çərçivəsində Akif Səmədin "Türk öldürdü, türk ağladı" şeirini təqdim edir.

Çaldırana Qızılbaş gəldi,
Torbasında qızıl-daş gəldi,
Qızıl teştdə qızıl baş gəldi,
Türk öldürdü, türk ağladı.

Qılınc qalxdı, kaman çəkildi,
Düzlər boyu aman çəkildi,
Dost gözlərə duman çəkildi,
Türk öldürdü, türk ağladı.

Təzə nırxdı, köhnə bazardı,
Köhnə dərddi, köhnə azardı,
Dan yerində günəş qızardı,
Türk öldürdü, türk ağladı

# 271 dəfə oxunub

Müəllifin son yazıları

# # #