Sizi unutmayacaq şanlı millətim əsla - Ən məşhur soyqırımı şeiri

Sizi unutmayacaq şanlı millətim əsla - Ən məşhur soyqırımı şeiri
31 mart 2025
# 11:05

Kulis.az dahi Məhəmməd Hadinin 31 Mart soyqırımına həsr etdiyi şeiri təqdim edir.

Şühadeyi hürriyətimizin ərvahinə ithaf

Sizin məzariniz iştə qülubi-hürriyətdir,
Bu sözlərim ürəgimdən qopan həqiqətdir,
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey ziynəti cəhani-fəna,
Sizinlə buldu bu millət həyati nur istiqbal,

Bu gündə etmədə əhli-vətən sizi yad.
Salamlayır sizi iştə bu milləti-azad,
Sizin də ruhunuz uçsun behişti-əlada,
Bizi xilas edərək pəncəyi-əsarətdən.

Nicat bəxş olarmı dəsti əhli-vəhşətdən,
Çəkildiniz əbədi xüldi-zari-rəhmanə -
Behişti-rəhmanə, yəni, diyari-rəxşanə!
O, xününüzlə açıldı bəhari-hürriyyət,
Sizin də yurdunuz olsun behişti-ülviyyət!..

Bakı, 31 mart 1919-cu il
“Azərbaycan” qəzeti, № 147, 31 mart 1919.

# 189 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #