Səndən sonra yağan qar - Bəxtiyar Qaracanın şeiri

Səndən sonra yağan qar - Bəxtiyar Qaracanın şeiri
24 fevral 2025
# 16:00

Kulis.az Bəxtiyar Qaracanın "Səndən sonra yağan qar" şeirini təqdim edir.

Səndən sonra yağan qar
yağar bu şəhərin küçələrinə.
Yağar bu şəhərin-
Ayı qaçırılmış,
ulduzu doğranmış gecələrinə.
Tənha küçələrdə qarılar gəzər,
Yeriyər ağappaq qayğıları da.
Bir gün bu şəhərin qarı ərisə,
əriyər ağappaq qarıları da.
Orda üfüqlərin rəngi qan dadır,
Cavan ağacların budağında qan...
Üzümü -gözümü göyə sürtərəm
Gözlərim qar dolu qan olanacan.
Səndən sonra yağan qar
Daha bu şəhərə gərək olmadı
Bir az qaygısı da artdı yolların,
Bu qar quşlara da çörək olmadı...

1982-ci il

# 94 dəfə oxunub

Müəllifin son yazıları

# # #