Gözəllər yanımda xəzələ döndü - Günün şeiri

Gözəllər yanımda xəzələ döndü - Günün şeiri
5 dekabr 2023
# 13:00

Bu gün böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anım gündür. Kulis.az bu münasibətlə onun “Azər” poemasından bir qoşmanı təqdim edir.

Hər gülşənə vardım, çiçəklər güldü,
Sevdalı bülbüllər səlamə gəldi.
Hər bəzmə uğradım, meylər töküldü,
Qədəһlər öpüşüb xüramə gəldi.

Almaslar, incilər qarşımda söndü,
Gözəllər yanımda xəzələ döndü,
Büllur qəһqəһələr susmuş göründü,
Susmuş kəmançalar ilhamə gəldi.

Pərişan zülfümü dağıtdım üzə,
Seһr etdi bir teli sanki bir gözə,
Gördülər qarışmış gecə-gündüzə,
Ölülər nəşədən qiyamə gəldi.

# 4795 dəfə oxunub

Müəllifin son yazıları

# # #