Kulis.az Zəlimxan Yaqubun "Dünyanın nə gözəl vaxtı görüşdük" şeirini təqdim edir.
Əridi həsrətim, açıldı buzum,
Cənnət ətri verdi çörəyim, duzum.
Getdi qar-boranım, gəldi Novruzum,
Allah üzümüzə baxdı, görüşdük.
Üz-üzə dayandıq, göz-gözə durduq,
Dünyanın nə gözəl vaxtı görüşdük!
Qarın qar ətri var, barın bar ətri,
Bir çiçək ətri var, bir də yar ətri,
Arzular dalğası, duyğular ətri,
Ürəkdən-ürəyə axdı, görüşdük,
Dünyanın nə gözəl vaxtı görüşdük!
- Zeynalabdin Tağıyevdən bəhs edən film beynəlxalq festivalın siyahısında - Foto
- İstanbulda rəqs qrupumuzun ifası maraqla qarşılanıb
- Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir
Qurban kəsilirəm mən bu axşama,
Danışdın dilindən bal dama-dama,
Sənintək işığa, mənimtək şama,
Tale öz odunu yaxdı, görüşdük.
Dünya gözəlləşir gözəl güləndə,
Dünyanın nə gözəl vaxtı görüşdük!
Abadlıq gətirdi bir viranlığa,
Gəlişin son qoydu lal qaranlığa,
Zəlimxan yenə də çatdı xanlığa,
Güldü gözəlliyin taxtı, görüşdük.
Ay salam göndərdi, Gün əhsən dedi
Dünyamn nə gözəl vaxtı görüşdük!