"Biz onsuz da həmişə ikimizin cahanda..." - Günün şeiri

"Biz onsuz da həmişə ikimizin cahanda..." - Günün şeiri
11 oktyabr 2025
# 14:00

Kulis.az Günün şeiri rubrikasında Pablo Nerudanın "Həmişə" şeirini təqdim edir.

Əvvəllər nə olubsa, olub:
daha dəyməz qısqanmağa

Lap bir kişi çiyinlərinin
axasında gəl,
lap saçlarının topasındakı
yüz kişiylə gəl,
lap bədəninin hər yerinə səpələnmiş
min kişiylə gəl
lap nə vaxtsa sularında boğulmuş bədənlərlə dolu
çayla gəl:
qarşılayır çayı qəzəbli dəniz,
əbədi daynayan köpük – zamandı!

Və gətir hamısını
səni gözlədiyim yerə...

Biz onsuz da həmişə ikimizin cahanda,
ikimizik,
təkcə bizik:
təkcə sənlə mən varam ki,
Yerdə həyat başlasın.

Tərcümə edən: Salam Sarvan

# 204 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər