Yazıçı Vaqif Sultanlı haqqında “Dənizlə sahil arasında” kitabı çap olunub

Yazıçı Vaqif Sultanlı haqqında “Dənizlə sahil arasında” kitabı çap olunub
26 iyul 2024
# 16:12

Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitabı çap olunub.

Kulis.az xəbər verir ki, kitaba müəllifin həyat və yaradıcılıq yolundan bəhs edən müxtəlif səpkili araşdırmalar – yubiley yazıları, esselər, ədəbi portretlər, tanıtım məqalələri, xatirələr daxil edilib.

Yazıçının altmış beş illiyinə həsr olunmuş kitabın tərtibçisi və yayıma hazırlayanı gənc yazar Fidan Vahid, redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir.

# 1267 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #