"Xoşbəxtlik sənət əsəridir, onunla ehtiyatla rəftar edin..." - Edit Vartondan sitatlar

"Xoşbəxtlik sənət əsəridir, onunla ehtiyatla rəftar edin..." - Edit Vartondan sitatlar
11 avqust 2026
# 15:00

Bu gün amerikalı yazıçı, Pulitser Mükafatı laureatı Edit Vartonun anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Nuru yaymağın iki yolu var: ya şam olmaq, ya da onu əks etdirən güzgü.

***

Pəncərəni taybatay açın, qoy günün nəfəsini köksümə çəkim.

***

Xəstəliyə, hətta ən böyük düşmənimiz olan kədərə baxmayaraq, insan dəyişikliklərdən qorxmazsa, elmi marağa sahib olarsa, böyük işlərlə maraqlanıb kiçik şeylərlə xoşbəxt olmağı bacararsa, çox-çox sonra da ruhən diri qala bilər.

***

Səyahət etməyin ən gözəl tərəflərindən biri də dünyada nə qədər yaxşı və xeyirxah insanın olduğunu kəşf etməkdir.

Hər birimizin həyatında elə bir dost var ki, nə qədər əziz və sevimli olsa da, ayrı bir şəxs kimi görünmür; o, insanın özünün genişlənməsi, özünün təfsiri, qəlbinin elə əsl mənasıdır.

***

Xoşbəxtlik sənət əsəridir, onunla ehtiyatla rəftar edin.

***

Bədbəxt olmağın yolları çoxdur, amma rahat olmağın yeganə yolu var: xoşbəxtliyin ardınca qaçmağı dayandırmaq. Əgər xoşbəxt olmamağı gözə alsanız, yaxşı vaxt keçirməməyiniz üçün heç bir səbəb qalmaz.

***

Mərakeşə səfər etmək hələ də parlaq fiqurlar və zərif xətlərlə işlənmiş qədim bir bədii əlyazmanın səhifələrini çevirməyə bənzəyir.

***

Həyat güzəştlərdən ibarətdir.

***

Hər dəfə qarşıma çıxanda mənim üçün yenidən başlanğıc olursan.

***

Mütaliə həvəskarının əsl səadəti səhifələri həzlə bir-bir çevirmək, özünü alçaltmadan, lakin şüurlu və ehtiyatla, ağlını başından itirmədən kitabın ixtiyarına verməkdir. Oxumaq dediyim bax, budur.

Bəzi şeyləri bərpa etməyin ən yaxşı yolu onları bir müddət dayandırmaqdır.

***

Əsl tənhalıq – yalnız səndən riyakarlıq tələb edən bu qədər mehriban insanların arasında yaşamaqdır!

***

Həyat – qırılmış parçaları fasiləsiz olaraq bir-birinə calamaqdan ibarətdir.

***

Onlar xoşbəxtliyə elə qəfildən rast gəldilər ki, sanki qış meşəsində kəpənəyə rast gəlmişdilər.

***

Nə vaxt səxavətli, nə vaxt qətiyyətli olacağını bilmək – müdriklik elə budur.

***

Yeknəsəqlikdən çəkinin; o, bütün ölümcül günahların anasıdır.

***

Kişi bir qadını anlamadığını deyirsə, bu, sadəcə əziyyət çəkmək istəmədiyindəndir.

***

Hisslərini məntiqlə əsaslandıran qadının düşüncə tərzi qədər kişini çaşdıran ikinci bir şey yoxdur.

***

Bir vaxtlar mənə dediyin sözlər yadındadır? Mənə yalnız sevginlə kömək edə biləcəyini demişdin... Bəli, sən məni bir anlıq sevdin və bu mənə kömək etdi. Bu, mənə həmişə kömək edib.

Sən yanımda əyləşəcəksən və biz xəyallara deyil, gerçəklərə baxacaqıq.

***

Səndən imtina etməsəm, səni sevə bilmərəm.

***

İki insanın ruhən əsl nikahı – eyni tonda köklənmiş yumor və ya ironiya hissinə malik olmaqdır; elə ki, onların hər hansı bir mövzuya birgə baxışları kəsişən projektor işıqları kimi qovuşsun.

***

Məndə elə bir hiss var idi ki, hekayənin daha dərin mənası məhz mətnlərarası boşluqlardadır.

***

O, bir anın içində lal keçmiş həyatın kədər qalaqları və boğulmuş xatirələri ilə üz-üzə qalmalı oldu.

***

Sənət məzlumların tərəfindədir. Bu sadə formuladan və onun sənət azadlığına verdiyi qeyri-adi tərifdən diksinməzdən əvvəl düşünün. Əgər sənət ruhun azadlığıdırsa, o, zalımların içində necə mövcud ola bilər?

***

Mən işığı həmişə sevmişəm – gözlərdəki və beyindəki işığı. Saray döşəmələrində əks olunan şamları, nə də səssiz kilsə keçidlərinin müqəddəs dərinliklərini deyil...

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər