Bu gün ABŞ yazıçısı, videobloqqer, prodüser, aktyor Con Qrinin doğum günüdür.
Kulis.az onun əsərlərindən seçilmiş 10 sitatı təqdim edir.
Dünya arzuları yerinə yetirən bir fabrik deyil.
***
Möhtəşəm kitablar həm dünyanı anlamağa, həm də anlaşıldığını hiss etməyə kömək edir.
***
Heç olmasa diqqətəlayiq bir şey etməyə cəhd göstərməyəcəksənsə, yaşamağın nə mənası var?
***
Nə üçün narahat olmağından asılı olmayaraq sən həmin qayğılardan daha böyüksən.
***
Necə göründüyümü bilmirəm, amma necə hiss etdiyimi bilirəm: gənc, dəcəl və sonsuz.
***
İnsanlar məni özümü gördüyüm kimi görə bilsəydilər, xatirələrimdə yaşaya bilsəydilər, kimsə məni sevərdimi?
***
Və elə kitablar var ki, onlar o qədər xüsusi, nadir və sırf sənə məxsusdur ki, onlara olan sevgini aşkar etmək xəyanət kimi gəlir.
***
Eybi yoxdur, Heyzel Qreys. Qəlbimin sənin tərəfindən qırılması mənim üçün bir şərəf olardı...
***
Divanda onun yanında uzanmağı, qollarımı ona dolayıb yatmağı elə çox istəyirdim ki... Filmlərdəki kimi sevişmək deyil. Sadəcə bu ifadənin ən məsum mənasında birlikdə yatmaq. Amma cəsarətim çatmırdı, onun sevgilisi var idi, mən yöndəmsiz idim, o isə gözəl; mən ümidsiz dərəcədə darıxdırıcı idim, o isə sonsuz dərəcədə valehedici. Ona görə də otağıma qayıdıb ikimərtəbəli çarpayının alt qatına yıxıldım və düşündüm ki, əgər insanlar yağış olsaydı, mən çiskin idim, o isə qasırğa.
***
Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki biz heç vaxt düzəlməyəcək dərəcədə qırıla bilmərik...
***