​​​​​​​"Dünyanın bütün uşaqları eyni dildə ağlayır..." - Leonid Leonov

​​​​​​​"Dünyanın bütün uşaqları eyni dildə ağlayır..." - Leonid Leonov
8 avqust 2026
# 11:30

Bu gün rus yazıçı Leonid Leonovun anım günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.

Bütün qələbələr insanın özü üzərində qazandığı qələbədən başlayır.

***

Dünyanın bütün uşaqları eyni dildə ağlayır.

***

​​​​​​​Söyüş və təhqir hər zaman qüsurlu təfəkkürün əlaməti olmuşdur.

***

​​​​​​​Əgər həyatda nəsə etməyə məhkum olunmuşuqsa və bu, təkcə Vətən sarı uçan güllənin qabağına sinə gərməkdən ibarətdirsə, elə bunun üçün də dünyaya gəlməyə dəyərdi!

***

Məbədin kandarındaca mömündən müstəqil təfəkkürdən tamamilə imtina etməyi tələb etmək dindar tipli bütün icmalara xasdır.

***

Ən amansız düşmənlərdən inciməzlər, onları öldürərlər!

***

Məhəbbət... dünyada ən dözümlü şeydir. İnsani namusun, qürurun, vicdanın tab gətirmədiyi hər şeyə məhəbbət dözər... hələ üstəlik özündən də nə isə əlavə edər.

***

Təbiətdə murdar heç nə yoxdur, ağa, bütün murdarlıq insandan gəlir.

***

​​​​​​​Unutmayın: asanlıqla, zəhmətsiz əldə edilən hər şey çox şübhəli dəyərə malikdir.

***

​​​​​​​Həyat dediyin çox qısadır, eynilə cəbhə səngərindəki mərci şorbası kimi... hələ tələsik, yana-yana iki qurtum almağa macal tapmamış, qazançanı əlindən vurub salırlar.

***

Ağıllı adam insanı dünən kim olduğuna görə deyil, sabah kim olacağına görə mühakimə edər.

***

Elə nifrət var ki, hətta heyvani qorxudan da güclüdür...

***

Baxıram ki, indi bütün adamlar iki qismə bölünüb: yeyilənlər və yeyənlər.

***

Dünyada hər şey böyük təkərin altında qaldıqdan sonra yumşalır, hətta daş da.

***

​​​​​​​...Kitablar səhradakı quyular kimi hamıya məxsusdur.

***

​​​​​​​Ağıllı vicdan hər zaman vicdanlı ağıldan daha ağıllıdır!

# 134 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər