Ziya Bünyadovun qatili İranda gizlənir? - 26 ilin sirri

Ziya Bünyadov

Ziya Bünyadov

16 fevral 2023
# 13:40

Akademik Ziya Bünyadovun qətlinin təşkilatçısı İranda gizlənir.

Kulis.az xəbər verir ki, Lent.az akademikin qətlinin təşkilatçısı olan Tariyel Ramazan oğlu Ramazanov haqqında bəzi məlumatlar əldə edib.

Məlumata görə, T.Ramazanov hazırda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birlik və ya silahlı qruplaşma yaratma, həmin qruplaşmalara rəhbərlik etmə, həmçinin, ağır cinayətlər törədən mütəşəkkil dəstə rəhbərlərinin birliyini yaratma) maddəsi ilə axtarılır.

Əldə olunan məlumata görə, T. Ramazanov hazırda İranda gizlənir və molla rejimi 26 ildir onu himayə edir. Onun himayə edilməsi və Azərbaycana təhvil verilməsinin qarşısının alınması İranın ali dini liderinin birbaşa göstərişi ilə həyata keçirilib. Məhz buna görə də Azərbaycan hüquq-mühafizə orqanları 26 ildir T.Ramazanovun məsuliyyətə cəlb edilməsini təmin edə bilmir.

Qeyd edək ki, 5 gün sonra Z.Bünyadovun qətlə yetirilməsinin 26 ili tamam olacaq. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilib. Ziya Bünyadov qətlə yetiriləndə 75 yaşı var idi.

Ziya Bünyadovun qətlinin təşkilatçısı İranda gizlənir - 26 İLİN SİRRİ

# 3055 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #