"Zənginlər də ağlayır" serialının aktyoru vəfat etdi

"Zənginlər də ağlayır" serialının aktyoru vəfat etdi
3 may 2023
# 13:30

Tanınmış argentinalı aktyor və rejissor Qaston Tucet 80 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi hələ dəqiqləşdirilməyib.

Tucet bir sıra filmlərdə rol alıb eyni zamanda teatrda oynayıb. Onun ən məşhur layihələri arasında "Zənginlər də ağlayır" (1979), "Parlaq" (1982), "Sevgi imtiyazı" (1998), "Məhəbbət bağları" (1995), "Vəhşi gül" (1994) serialları var.

Aktyorun rol aldığı sonuncu telenovela 2014-cü ildə “Keçmişin kölgəsi” olub. Rejissor kimi Tucet “Guadalupe qızılgülü”, “Ehtirasın iki üzü”, “Intruder” və digər layihələrdə çalışıb.

# 1006 dəfə oxunub

Müəllifin son yazıları

# # #