Zeki Demirkubuz: "Mən ondan heç vaxt çörəkpulu istəmərəm"

Zeki Demirkubuz:  "Mən ondan heç vaxt çörəkpulu istəmərəm"
28 dekabr 2023
# 16:20

İki məşhur türkiyəli rejissor Zeki Demirkubuz və Nuri Bilge Ceylan arasındakı qarşıdurma illərdir davam edir.

Kulis.az xəbər verir ki, ötən gün Zeki Demirkubuz Habertürk televiziyasına N.B.Ceylanla aralarındakı soyuqluqdan danışıb.

O, Nuri Bilge Ceylanla heç vaxt yaxın dost olmadıqlarını deyib:

"Deyildiyi kimi heç vaxt çox yaxın dost olmamışıq. O, ac olsam, çörəkpulu istəyəcəyim biri yox, sıradan bir dost idi”.

Nuri Bilge Ceylanın onunla niyə danışmadığını bilmədiyini deyən Demirkubuz qeyd edib:

“Çox yaxın qohumundan bu barədə soruşdum. Onun Kann Film Festivalının əleyhinə danışdığım üçün mənimlə danışmadığını dedi. Siz Kann Film Festivalının merisiniz, yoxsa necə? Sənə nə bundan?”.

# 1029 dəfə oxunub

Müəllifin son yazıları

# # #