Zeki Demirkubuz çəkiliş səhvini etiraf etdi

Zeki Demirkubuz çəkiliş səhvini etiraf etdi
23 sentyabr 2024
# 10:00

Rejissor Zeki Demirkubuz Türkiyənin Oskara namizəd göstərdiyi "Həyat" filmində çəkiliş səhvi olduğunu etiraf etdi.

Kulis.az xəbər verir ki, rejissor sosial şəbəkə istifadəçilərindən birinin "Müəllim, Hicranın saçı uzaq və yaxın çəkilişlərdə fərqli cürdür, bunun xüsusi bir səbəbi varmı?" sualına "Səbəbi yoxdur, çəkiliş səhvidir" cavabını verib.

Qeyd edək ki, Demirkubuzun filmində baş rolları Miray Demir və Burak Dakak canlandırır.

Filmdə atasının güclə ərə vermək istədiyi Hicran evdən qaçır. Onsuz da Hicranın onu istəmədiyini bilən Rza əvvəlcə buna fikir verməsə də, nəhayət, onu axtarmaq üçün İstanbula yola düşür.

# 111 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #