"Zəfər Günü"nün səhnədəki sevinci

"Zəfər Günü"nün  səhnədəki sevinci
8 noyabr 2023
# 14:22

Tarixi zəfərimizin üçüncü ildönümü Azərbaycan Dövlət Kukla Teatrında da təntənə ilə qeyd olunub.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin "Zəfər Günü" münasibəti ilə təşkil etdiyi “Zəfər” musiqi və teatr festivalı çərçivəsində noyabrın 8-də “Yeddi nar çubuğu” tamaşası göstərilib.

Vətən müharibəsi şəhidləri və qazilərinin övladları üçün nümayiş olunan səhnə işi böyük maraqla qarşılanıb.

Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Pyes müəllifinin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası vahid məqsədə - tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlaya bilir.

# 669 dəfə oxunub

Müəllifin son yazıları

# # #