Zaqatalada Uşaq İncəsənət Məktəbində mənimsəməyə görə cinayət işi başlandı

Zaqatalada Uşaq İncəsənət Məktəbində mənimsəməyə görə cinayət işi başlandı
26 aprel 2023
# 16:50

Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aşkar edilmiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Kulis.az xəbər verir ki, Zaqatala rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

# 768 dəfə oxunub

Müəllifin son yazıları

# # #