#

"Yuva"nın premyerası keçirilib

"Yuva"nın premyerası keçirilib
30 sentyabr 2024
# 15:10

Şuşa Dövlət Musiqili Dram Teatrında yazıçı Narıngül Nadirin “Yuva” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Kəmalə Səlim Müslümqızıdır.

Rolları Cavid Quliyev(Elçin), Ceyran Baxışova (Zərrin), Gülnaz Hacıyeva ( Səmra) və Mədinə Hüseynova (Gənc qız) ifa ediblər.

Xronometrajı 120 dəqiqəlik səhnə əsərinin mövzusu gündəlik rastlaşdığımız aktual məişət məsələləri, sevgi və xəyanətdir. Tamaşanın əsas ideyası cəmiyyətə ailələrin dağılması və intihara son qoyulması mesajını ötürməkdir.

Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

# 66 dəfə oxunub

Müəllifin son yazıları

# # #