Yutub ən böyük media şirkəti seçildi

Yutub  ən böyük media şirkəti seçildi
13 mart 2026
# 16:30

Yutub dünyanın ən böyük media şirkəti seçilib.

Kulis.az xəbər verir ki, 2025-ci ildə yutubun gəliri 62 milyard dollar təşkil edib.

Bu göstərici ilə platforma “The Walt Disney Co.”nun 60,9 milyard dollarlıq media gəlirini geridə qoyaraq dünyanın ən böyük media şirkətinə çevrilib.

Platformanın təxmini bazar dəyəri 500–560 milyard dollar arasındadır. Ən yaxın rəqib isə 409 milyard dollarlıq kapitallaşma ilə “Netflix” hesab olunur.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər