"Yuğ" teatrına baş rejissor təyin olundu

"Yuğ" teatrına baş rejissor təyin olundu
30 iyun 2022
# 21:16

Rejissor Mikayıl Mikayılov Azərbaycan Dövlət Yuğ Teatrına baş rejissor təyin olunub.

Kulis.az xəbər verir ki, bu barədə teatrın mətbuat katibi Elçin Cəfərov məlumat verib.

Mikayıl Mikayılov ADMİU-nun kinorejissorluq fakültəsində təhsil alıb. Musiqili Komediya, Pantomim, Yuğ Teatrlarında rejissor və aktyor kimi çalışıb. O, "Xanuma", "Şah & Şair, yaxud Hamı səni sevənlər burdadı...", "Müfəttiş", "Medeya. Sekvensiya-01" tamaşalarına quruluş verib.

Xatırladaq ki, bir müddət əvvəl bu vəzifəni rejissor Mehriban Ələkbərzadə icra edirdi.

# 2253 dəfə oxunub

Müəllifin son yazıları

# # #