"Yuğ" teatrı beynəlxalq festivalda

"Yuğ" teatrı beynəlxalq festivalda
2 noyabr 2022
# 18:00

Qazaxıstanın Almatı şəhərində təşkil olunan Mərkəzi Asiya ölkələrinin VIII Beynəlxalq Teatr Festivalında ölkəmiz də təmsil olunur.

Kulis.az xəbər verir ki, ölkəmizi bu festivalda Dövlət “Yuğ” Teatrı təmsil edir.

Festivalın açılış mərasimində teatrın baş rejissoru Mikayıl Mikayılov və ədəbi dram hissəsinin rəhbəri Elçin Cəfərov iştirak ediblər.

Festival çərçivəsində noyabrın 4-də “Yuğ” teatrının “Kloun Bizzz” tamaşası nümayiş olunacaq.

# 1560 dəfə oxunub

Müəllifin son yazıları

# # #