"Youtube" uşaqlar üçün vaxt limiti tətbiq etdi

"Youtube" uşaqlar üçün vaxt limiti tətbiq etdi
16 yanvar 2026
# 10:19

Yutub platforması 18 yaşına çatmamış istifadəçilər üçün “Shorts” bölməsinə baxış müddətini məhdudlaşdıran yeni funksiya təqdim edib.

Kulis.az xəbər verir ki, bu yenilik sayəsində valideynlər uşaqların qısa videolara gündəlik baxış vaxtını 15 dəqiqədən 2 saata qədər olan intervallarla tənzimləyə biləcəklər.

Məlumata əsasən, növbəti mərhələdə uşaqlar üçün “Shorts” məzmununun tamamilə bloklanması seçimi də istifadəyə veriləcək. Bu funksiya valideynlərə qısa videolara sərf olunan vaxt üzərində tam nəzarət imkanı yaradan ilk addım hesab olunur.

Bundan başqa, sistem vasitəsilə uşaqlara yatmaq vaxtını və fasilə etməyi xatırladan bildirişlərin qurulması da mümkün olacaq.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər