“Youtube” rusiyalı istifadəçilərin gəlirini dayandırdı

“Youtube” rusiyalı istifadəçilərin gəlirini dayandırdı
10 mart 2022
# 14:30

Yutub platforması Rusiya-Ukrayna müharibəsi əlaqədar rusiyalı istifadəçilərinin gəlirini tamamilə dayandırıb.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, məhdudiyyətlər "Youtube premium" və "Music premium" abunəlikləri, həmçinin sponsorluq, "Super stickers" və "Super chat" funksiyalarına şamil edilir.

Qeyd edək ki, bundan əvvəl analoji qərar "TikTok" sosial şəbəkəsi tərəfindən verilib və Rusiyadan olan istifadəçilərə müvəqqəti olaraq yeni videolar dərc etməyi qadağan edib. Həmçinin "Amazon" Rusiya vətəndaşları üçün "Prime video" xidmətinə girişi müvəqqəti bağlayıb.

# 924 dəfə oxunub

Müəllifin son yazıları

# # #