"YouTube" rejissor Emir Kusturitsanın kanalını ləğv etdi

"YouTube" rejissor Emir Kusturitsanın kanalını ləğv etdi
20 avqust 2026
# 16:00

"YouTube" video platforması məşhur serb kinorejissoru Emir Kusturitsanın "Mənim həyatım" ("Моя жизнь") adlı müəllif kanalını heç bir səbəb göstərmədən ləğv edib.

Kulis.az xəbər verir ki, "Sputnik Serbia" platformasında hazırlanan və rejissorun fəlsəfi baxışlarını, xatirələrini bölüşdüyü kanalda bloklanma anına qədər 240-dan çox video yer alıb, təxminən 34 min abunəçi və 10 milyona yaxın baxış qeydə alınıb.

Qeyd edək ki, Kann Film Festivalının ikiqat "Qızıl Palma Budağı" laureatı olan dünyaşöhrətli kinematoqrafçı son illərdə Rusiya vətəndaşlığı almaq niyyəti və siyasi bəyanatları ilə də ictimaiyyətin diqqət mərkəzində olub.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər