"Yeşilçam" festivalı keçirildi

"Yeşilçam" festivalı keçirildi
2 iyul 2023
# 16:54

Antalyada "Yeşilçam"ın usta aktyoru Coşkun Göğen və "Hababam Sınıfı" aktyorlarının iştirakı ilə "Yeşilçam Festivalı" keçirilib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeşilçam"ın ustad sənətçilərinin obrazlarının maketlərinin sərgiləndiyi festivalda musiqi konsertləri, səhnə çıxışları, sehrbaz və kəndirbaz şouları təşkil edilib.

Böyükşəhər Bələdiyyəsi və Antalya Düşüncə Platformasının əməkdaşlığı ilə təşkil edilən festival Atatürk Mədəniyyət Mərkəzinin açıq meydançasında keçirilib.

Nostalji həvəskarlarını bir araya gətirən festivalda rəngli "Yeşilçam" bəzəkləri, klassik avtomobillər, yarmarkalar və stolüstü oyunlar yer alıb.

# 891 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #