Məşhur rəssam Van Qoqun “Günəbaxanlar” əsəri ətrafında nasistlər tərəfindən qarət edilmiş kolleksiya məsələsi yenidən gündəmə gəlib.
Kulis.az xəbər verir ki, yəhudi kolleksioner Paul Von Mendelsson Bartoldinin varisləri əsərin onların ailəsinə aid olduğunu əsas gətirərək geri qaytarılması üçün hüquqi addımlar atıblar.
“Günəbaxanlar” Van Qoqun ən məşhur əsərlərindən biri hesab olunur və hazırda beynəlxalq muzeylərdə və kolleksiyalarda nümayiş olunur.
Qeyd edək ki, hüquqşünaslar və sənət bu cür iddialar təkcə mülkiyyət hüququ ilə bağlı deyil, həm də İkinci Dünya müharibəsi dövründə qarət edilmiş sənət əsərlərinin bərpası üçün vacib presedent təşkil edir.