“Yeddi Səsdən Doğan Sərvət - Elm və musiqi” layihəsi baş tutacaq

“Yeddi Səsdən Doğan Sərvət - Elm və musiqi”  layihəsi baş tutacaq
1 may 2018
# 14:12

22 may 2018-ci il saat 14.00 tarixində Azərbaycan Dillər Universitetinin Akt zalında "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il I qrant müsabiqəsində qalib olmuş “Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi baş tutacaq.

Kulis.az xəbər verir ki, Azərbaycan Dillər Universiteti, "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və QHT Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək qalib layihə dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə ithaf olunur.

Qeyd edək ki, layihə çərçivəsində dəhlizdə sərgi baş tutacaq, tədbirdə “Avanqard” kamera ansamblı iştirak edəcəkdir. Musiqi proqramında Q.Qarayev, T.Quliyev, A.Əzimov, A.Məlikov və s. bəstəkarların əsərləri səsləndiriləcəkdir. Öncədən qeyd olunmuş müsabiqə əsasında musiqişünasların Q.Qarayev haqqında yazdıqları seçilmiş məqalələri I, II, III yer olmaqla qalib elan olunacaq və mükafatlandırılacaqdır.

# 196 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #