Yazıçılar prestijli mükafatlandırma mərasimini boykot etdilər

Yazıçılar prestijli mükafatlandırma mərasimini boykot etdilər
11 iyul 2024
# 14:00

Kanadada müvəffəqiyyət qazanan yazıçılara verilən prestijli Scotiabank Giller Mükafatına namizədlər siyahısında olan 15 yazıçı, mükafatın sponsorlarının İsrail silah istehsalçıları ilə əlaqələri səbəbiylə əsərlərini müsabiqədən geri götürüb.

Kulis az xəbər verir ki, Giller Fonduna göndərdikləri məktubda müəlliflər, “Giller Fondu İsrailin Fələstini işğalına birbaşa sərmayə qoyan hər hansı bir sponsordan vəsait almağa davam etdikcə, soyqırımda iştirak etməyə davam edəcək” ifadəsini işlədiblər.

Qeyd edək ki, mükafatın məbləği təqribən 73 min dollardır.

# 676 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #