Yazıçılar Birliyində dəyirmi masa keçirildi

Yazıçılar Birliyində dəyirmi masa keçirildi
14 iyun 2024
# 13:00

Yazıçılar Birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən icra olunan “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” adlı layihənin tədbirlər silsiləsindən növbəti dəyirmi masa keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə İctimai Birliyin sədri Dəyanət Osmanlı layihə çərçivəsində görülən işlər barədə məlumat verib.

Tədbirdə alim-yazarlardan Gülxani Pənah, Rasim Süleymanov, Nailə Mehrəliyeva, Salatın Əhmədli, BDU-nun doktorantı, Afaq Məmmədova, “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, Azərbaycan Yazıçılar Birliyinin poeziya sektorunun müdiri, şair İbrahim İlyaslı, şairlərdən Gəray Göyyurd, Paşa Babakərli, Zərəngiz Dəmirçiqayalı, İbrahim Yusifoğlu, Cabir Albantürk və digərləri layihənin ideyasına, gələcək fəaliyyətinə, məqsədlərinə dəstəkçi təkliflərlə çıxış ediblər.

Sonda müəlliflərə və layihənin heyət üzvlərinə diplomlar verilib.

# 504 dəfə oxunub

Müəllifin son yazıları

# # #