YARAT-da marketinqlə bağlı tədbir keçirildi

YARAT-da marketinqlə bağlı tədbir keçirildi
13 avqust 2022
# 15:00

YARAT Müasir İncəsənət Məkanı dünyanın ən məşhur yaradıcılıq festivallarından biri sayılan “Cannes Lions” və “Endorphin” reklam agentliyinin birgə əməkdaşlığı ilə yaradıcı və marketinq sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün hazırlanan “Reklamda kreativlik” adlı tədbir keçirib.

Kulis.az xəbər verir ki, tədbirdə "Cannes Lions 2022" festivalından yenicə qayıtmış Azərbaycan təmsilçiləri – “Young Lions” müsabiqəsinin gənc iştirakçıları və festivalın əsas bölümündə iştirak etmiş reklam agentliklərinin, həmçinin müxtəlif yerli brendlərin nümayəndələri fikir mübadiləsi aparıb, bilik və təcrübələrini bölüşüblər.

YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunan tədbir Azərbaycan dilində keçirilib.

# 1044 dəfə oxunub

Müəllifin son yazıları

# # #