“Yaradıcı yazarlıq: İstedad, yoxsa peşəkarlıq?” mövzusunda təlim keçiriləcək

“Yaradıcı yazarlıq: İstedad, yoxsa peşəkarlıq?”  mövzusunda təlim keçiriləcək
9 oktyabr 2023
# 17:50

Oktyabrın 14-də “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Yaradıcı Yazarlıq: İstedad, yoxsa peşəkarlıq?” mövzusunda təlim keçiriləcək.

Kulis.az xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Ramil Əhməd tərəfindən keçiriləcək təlimdə iştirakçılara yaradıcı yazarlıq anlayışı, onun istiqamətləri, yazı strategiyasının qurulması, yaradıcı yazarlığın günümüzdə rolu barədə ətraflı məlumatlar veriləcək.

Təlimdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/zBGN3

# 699 dəfə oxunub

Müəllifin son yazıları

# # #