Noyabrın 15-dən 20-dək XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.
Kulis.az xəbər verir ki, yenilənmiş proqramda tanınmış xarici ifaçıların, dünya caz ulduzlarının adları yer alıb. Bu, ilk növbədə, “Grammy” mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maretdir. Son onillikdə Qreqori müasir caz dünyasının geniş spektrində unikal və cəlbedici səsə çevrilib. Layihələrində əməkdaşlıq etdiyi musiqiçilərin siyahısı bunu deyir: Herbi Hancock, Pat Metheni, Kassandra Vilson, Markus Miller. Noyabrın 15-də festival çərçivəsində Qriqori Maret Azərbaycan musiqiçiləri ilə eyni səhnəni bölüşəcək.
Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edəcək.