“Xurşidbanu Natəvan” yenidən Milli Dram Teatrının səhnəsində

“Xurşidbanu Natəvan” yenidən Milli Dram Teatrının səhnəsində
15 oktyabr 2024
# 17:11

Oktyabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, ki, tamaşada rolları Xalq artistləri Məleykə Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli və digər aktyorlar ifa edirlər.

Səhnə əsərinin mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Tamaşada Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.

# 112 dəfə oxunub

Müəllifin son yazıları

# # #