“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü gördü

“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü gördü
17 may 2024
# 13:00

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalın bu nömrəsində maraqlı mövzular öz əksini tapıb.

Belə ki, jurnalın rubrikalarında Oktavio Pasın Nobel nitqi və “Dalğalı həyatım” hekayəsi, Aleksandr Vampilovun “Pəncərələri çölə baxan ev” pyesi, Abdulla Şaiqin “Məktub yetişmədi” hekayəsi, Robert Börnsin şeirləri, Semben Usmanin “Qaradərili qız”, Nikolay Qoqolun “Portret” və Herbert Uellsin “Təcrübəsiz ruh” hekayələri yer alıb.

Nəşrdə bundan başqa Əhməd Həmdi Tanpınarın “Yol” hekayəsi, Pol Boulzun, Fazil İsgəndərin, Edqar Allan Ponun hekayələri, Yevgeni Rezniçenkonun və Makvala Qonaşvilinin şeirləri, Anastasiya Strokinanın nağılları, Çeslav Miloşun esseləri, Andrey Platonovun “Çevenqur” romanının davamı və digər əsərlər öz əksini tapıb.

# 430 dəfə oxunub

Müəllifin son yazıları

# # #