“Xətai əfsanəsi” adlı sərgi açıldı

“Xətai əfsanəsi” adlı sərgi açıldı
19 iyul 2023
# 10:40

Xətai Sənət Mərkəzində Xalq rəssamı Əşrəf Heybətovun Şah İsmayıl Xətainin doğum gününə həsr olunmuş “Xətai əfsanəsi” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, sərgi çərçivəsində eyniadlı pannonun təqdimatı keçirilib.

Sərgidə Şah İsmayıl Xətainin pannosu və rəssamın yaradıcılığının müxtəlif dövrələrə aid 20-dək əsər təqdim olunub.

Sərginin açılışından əvvəl çıxışçılar rəssamın yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun ictimai və rəssamlıq fəaliyyətini xüsusi qeyd ediblər.

Qeyd edək ki, iyulun 22-dək açıq qalacaq sərgini hər kəs ziyarət edə bilər.

Azərtag

# 1043 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #