Dilçilik İnstitutunun əməkdaşı “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin qalibi olub

Dilçilik İnstitutunun əməkdaşı “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin qalibi olub
29 dekabr 2017
# 10:24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistr və doktorantları arasında keçirilən “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin qalibləri açıqlanıb.

Kulis.az-ın xəbərinə görə, müsabiqənin qalibi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dosent Təranə Şükürlü olub.

II və III yerlərin qalibləri isə bir neçə nəfər olub.

Müsabiqədə iştirak üçün 140 nəfər qeydiyyatdan keçib. I mərhələdə 120 nəfər iştirak edib, II mərhələyə isə 57 nəfər buraxılıb. Qaliblər 57 nəfərin arasından seçilib. I yerə 1500, II yerə 1200, III yerin sahiblərinə isə 1000 manat məbləğində pul mükafatı verilib.

# 1113 dəfə oxunub

Müəllifin son yazıları

# # #