Masasına skelet qafası qoyurdu! – Məşhur yazıçıların KAPRİZLƏRİ

Masasına skelet qafası qoyurdu! – Məşhur yazıçıların <span style="color:red;">KAPRİZLƏRİ
5 sentyabr 2017
# 13:00

Yazıçıların yazı prosesində qəribə adətləri olub. Kulis.az ədəbiyyat tarixinə bəlli olan bu adətləri təqdim edir.

Aleksandr Puşkin lüt bədəninə xələt geyinib masa arxasında oturub yazırdı

Uolt Uitman istiridyə və ət yeməsə yaza bilmirdi

Qustav Flober yumurtalı, göylü, pendirli və meyvəli səhər yeməyi yeyir, üstündən bir fincan soyuq şokolad yağı içərdi

Marsel Prust zehnini bir fincan qəhvə ilə açardı

Corc Bayron kökəlməmək üçün içdiyi suya sirkə qatırdı

Frans Kafkanın süd asılılığı vardı. Südsüz o nəinki yaza, heç yaşaya bilmirdi

Mayakovski küçəylə gedə-gedə addım səslərindən yazacağı şeirin ritmlərini tuturdu

Murakami roman işlərkən səhər saat 4-də yuxudan qalxır və dayanmadan 5-6 saat yazır

Stevan King əvvəl bir vitamin içir, sonra musiqiyə səs verib konsentrasiya olurdu

Əziz Nesin yazanda otağın qapı-pəncərəsini bərk-bərk bağlayır, masanın üstünə isə skelet qafası qoyurdu

Səməd Vurğun kostyum geyinib, qalstuk taxıb, rəsmi geyimdə işləyirdi

Süleyman Rəhimov kasayla dovğa içə-içə yazırdı

Vaqif Cəbrayılzadə tamamlaya bilmədiyi şeirlərin havasına girmək üçün biri-birinin əksinə gedən iki qatarın arasında dayanırdı

# 1137 dəfə oxunub

Müəllifin son yazıları

# # #